XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 March 2020 - 20:30

Yetkinlik yaşına çatmayanlara energetik içkilər satanlar cərimələnəcək –100 manat

Energetik içkilərin yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, indiyə qədər etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə yüz manat məbləğində cərimə tətbiq olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə bu siyahıya energetik içkilər də daxil ediləcək.

Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq/APA.