XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 April 2020 - 00:05

Türkiyə səfiri:“Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yük hazırlanır”

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan yerli Birinci kanala müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolundan danışıb. 

Səfir hazırda Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yükün hazırlandığını deyib.

Diplomat deyib ki, bu dəhlizin daha çox yüklənmə ilə istifadə olunacağına ümid edir.

Koronavirusun yayılmasının Türkiyə və Gürcüstan arasındakı birgə layihələrə risk yaradıb-yaratmayacağı ilə bağlı suala Fatma Ceren Yazqan pandemiyanın hamıya təsir edəcəyini bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin hökuməti biznesə dəstək layihələri hazırlayıblar və buna görə də çətinliklərin öhdəsindən gəlinəcək/Report.