XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 17:35

Bu ərazilərdə yaşayan gənclərə güzəştli kreditlər veriləcək –Fərman

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Belə ki, sənədə əsasən, sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılacaq.