XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 Aprel 2020 - 18:29

ARDNF:"Son 3 ay ərzində “Şahdəniz”dən 100 milyon dollar vəsait əldə olunub"

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əldə etdiyi ümumi gəlirlər (2007-ci ildən 01.04.2020 tarixinədək) 2 834 mln. ABŞ dolları təşkil edib.

ARDNF-dən Strateq.az-a verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku (AÇG) üzrə bu il (01.01.2020 – 01.04.2020 tarixinə) gəlirlər 1 671 mln. dollar təşkil edib: “O cümlədən, “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2020 – 01.04.2020 tarixinə) 100 mln. dollar olub”.