XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 16:37

Dmitri Peskov neftin qiymətindən danışdı:"Heç kim bu vəziyyətdən məmnun deyil"

OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əvəzinə, başqa razılaşmaların əldə edilməsi haqında heç bir söhbət getmir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu günə qədər heç kim OPEC+ qarşılığında hər hansı bir konkret sövdələşmə və ya hətta mücərrəd sövdələşmələr haqqında söhbət açmayıb. Enerji və neft bazarlarında vəziyyət Trampla söhbət əsnasında həqiqətən müzakirə edilib. Heç kim bu vəziyyətdən məmnun deyil”, – deyə D. Peskov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın ölkə başçısı Donald Tramp telefonla danışıblar.

Xatırladaq ki, martın 6-da OPEC+ ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır/APA