XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 17:36

Rusiyanın “Urals” markalı nefti kəskin ucuzlaşıb –Son qiymət

Rusiyanın “Urals” markalı nefti ucuzlaşmaqda və 1999-cu ilin mart ayı səviyyəsinə düşməkdə davam edir.

“Argus Media”nın məlumatına əsasən, şimal-qərbi Avropada (Rotterdam limanı) “Urals” neftinin CİF müqavilə qiyməti aprelin 1-də 10,54 dollar/barel təşkil edib.

Bu markalı neftin bir barelinə görə endirim isə ötən həftədəki səviyyədə – 4,75 ABŞ dolları olaraq qalıb. Bu 2008-ci ildən indiyədək ən maksimum endirimdir.

Qeyd edək ki, hazırda London birjasında “Brent” markalı neftin bir bareli 10,55% bahalaşaraq 27,35 ABŞ dolları, Nyu-York birjasında WTI markalı neftin bir bareli 10,64% artaraq 20,47 ABŞ dolları təşkil edir. Birjalarda neftin qiyməti ABŞ prezidenti Donald Trampın Rusiya və Səudiyyə Ərəbistanı ilə bazarı tənzimləmək üçün tezliklə razılığa gələcəyi ilə bağlı bəyanatından sonra artmağa başlayıb/Report.