XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Aprel 2020 - 21:55

Norveçin suveren sərvət fondu tarixində ilk dəfə aktivlərini satıb- “Bloomberg”

Dünyanın ən böyük suveren fondu – Norveçin suveren sərvət fondu (Norwegian Wealth Fund) koronavirusun qlobal iqtisadiyyata təsiri ilə bu ilin 1-ci rübünü 113 milyard ABŞ dollarlıq zərərlə başa vurub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu suveren fond tarixində ilk dəfə hökumətin xərclərini qarşılamaq üçün aktivlərini satıb.

Məlumata görə, analoji dövrdə Norveçin sərvət fondunun səhmlərinin dəyəri 21,1% azalıb. “Norwegian Wealth Fund” gəlirlərinin azalmasına əsas səbəblərdən biri beynəlxalq bazarlarda neftin qiymətinin ucuzlaşması olub.

Qeyd edək ki, suveren fondun portfelinin dəyəri ötən il 180 milyard ABŞ dollar artaraq 1,1 trilyon ABŞ dollarına çatmışdı.