XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 18:43

OPEC+ nazirlərinin görüşünün vaxtı dəyişdirildi

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü aprelin 9-da keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanın Energetika nazirinin müşaviri, mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva məlumat verib.

Qeyd edək ki, neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün aprelin 6-da keçirilməsi nəzərdə tutulurdu.

Bu gün isə “Reuters” agentliyi görüşün vaxtının dəyişdirilə biləcəyini yaymışdı. Bildirilmişdi ki, görüş aprelin 8-i və ya 9-u keçirilə bilər.

Xatırladaq ki, Azərbaycan Energetika Nazirliyinin bu günkü məlumatında qeyd edilmişdi ki, Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədi ilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.