XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

04 Aprel 2020 - 23:58

Nazirlər Kabineti:kapitalın hərəkəti və valyuta rejiminə ciddi nəzarət olunacaq

Bu il Azərbaycanda yeni iqtisadi reallıqları özündə əks etdirən makroiqtisadi siyasət çərçivəsinin hazırlanması nəzərdə tutulub.

Strateq.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.

Sənəddə həmçinin monetar situasiyadan asılı olaraq sterilizasiya portfelinin həcminin genişləndirilməsi, karantin rejimi müddətində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların öhdəliklərinin tənzimlənməsi məqsədilə kredit təşkilatlarına requlyativ tətilin verilməsi, kapitalın hərəkəti və valyuta rejiminin effektivliyinin artırılması istiqamətlərində kompleks tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi qeyd olunub.