XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

05 Aprel 2020 - 22:06

İraqın neft naziri:“Yeni OPEC+ razılaşması üçün üçüncü tərəflərin dəstəyi lazımdır”

İraq qlobal bazarda neft tədarükünün azalması üçün OPEC və qeyri-OPEC ölkələri arasında yeni sazişin əldə olunması imkanlarına optimist yanaşır.

Bu barədə İraqın neft naziri Tamer əl-Qadban bildirib.

Nazir bu gün bir sıra OPEC+ ölkələrinin nazirləri ilə telefon danışığı aparıb. İraq naziri qeyd edib ki, istənilən yeni saziş üçün əvvəlki OPEC+ sazişində iştirak etməyən ABŞ, Kanada və Norveç kimi əsas neft hasilatçılarının dəstəyi vacibdir.

Qeyd edək ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında görüşünün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, 2002-ci ildən heç bir azalma sazişinə qoşulmayan Norveç bu həftə sonu bəyan edib ki, birtərəfli qaydada hasilatı azaltmağa hazırdır/Report.