XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 13:11

Dünya iqtisadiyyatı və beynəlxalq maliyyə bazarlarında baş verənlər təsirsiz ötüşmür – ARDNF

Təbii ki, bugün dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da daxilolmalarına və investisiya portfelinə təsirsiz ötüşmür.

Bu barədə ARDNF-in verdiyi açıqlamada bildirilir.

Məlumatda deyilir ki, bugün ARDNF-nin investisiya portfelinin 80%-dən çoxu yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir : “Məlum olduğu kimi, bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar”.

Fond bir daha qeyd edir ki, beynəlxalq maliyyə bazarları dünya iqtisadiyyatının güzgüsüdür: “Əgər bugün bütün dünyada insanlar daha az məhsul və xidmətlər istehlak edirlərsə, şirkətlər bunun müqabilində öz istehsal imkanlarından daha az istifadə edirlərsə, bu o deməkdir ki, onların gəlirləri azalır və nəticə etibarilə də bu onların birjada kotirovka olunan səhmlərinin qiymətinə təsir edir. Həmin səhmlər də bugün demək olar ki, bütün institusional investorların portfellərinin tərkib hissəsidir”.

ARDNF qeyd edir ki, digər suveren fondlar kimi ARDNF-nin də investisiya portfelində bu dalğalanmalar qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti zərər kimi öz əksini tapacaq və Fondun informasiya siyasətinə uyğun şəkildə ictimaiyyətə çatdırılacaq.