XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

06 Aprel 2020 - 19:42

Koronavirus avtomobil sənayesinə nə qədər ziyan vurub? –Araşdırma mərkəzi

Bu ayın sonuna qədər dünyada epidemioloji vəziyyət düzəlməsə və avtomobil istehsalı müəssisələri işə salınmasa, avtomobil sənayesinin zərəri azı 100 milyard ABŞ dolları olacaq. 

“Financial Times” nəşri xəbər verir ki, bu barədə “Auto Analysis” araşdırma mərkəzi məlumat yayıb.

Bildirilib ki, koronavirus pandemiyası nəticəsində hazırda həm Avropada, həm də Şimali Amerikada avtomobil zavodlarının az qala hamısı bağlıdır. Bu isə istehsalçılara hər həftə 15,5 milyard avro ziyan vurur (Avropada 8 milyard avro, Şimali Amerikada 7,5 milyard ABŞ dolları). Mayın 1-nə qədər istehsal bərpa olunmasa, avropalı istehsalçıların zərəri 66 milyard avroya, amerikalı istehsalçıların zərəri isə 52 milyard ABŞ dollarına çata bilər.

Bu rəqəmlər hər 2 regionda karantin müddətində satıla biləcək avtomobillərin sayına görə ortaya çıxıb. Bütövlükdə koronavirus epidemiyasına görə satılmayan avtomobillərin sayının bu ayın sonuna qədər 6 milyona çatacağı güman edilir. (report)