XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 10:44

“Brent” neftinin qiyməti bu il 33, gələn il isə 45 dollar olacaq –PROQNOZ

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozlarına əsasən, bu il “Brent” markalı neftin qiyməti orta hesabla 43 ABŞ dolları (bir barel üçün) təşkil edəcək, bu da EAI tərəfindən verilən mart proqnozu ilə müqayisədə 10 dollar azdır.

 Ötən il bu göstərici 64 dollara bərabər olub. Proqnoza əsasən, bu ilin II rübündə “Brent” markalı neftin orta qiyməti 23 dollar olacaq (öncə ki proqnoza görə – 37 dollar) , ilin ikinci yarısında isə 30 dollara yüksələcək (mart proqnozuna əsasən 42 dollar) .

Agentlik bildirir ki, 2021-ci ildə “Brent” neftinin bahalaşması müşahidə ediləcək. Belə ki, proqnozlara əsasən, gələn il sözügedən markalı neftin qiyməti 45 dollara yüksələcək, bu da ötən ay verilən proqnoz ilə müqayisədə demək olar ki 10 dollar azdır. /APA