XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 13:51

Die Welt:"İqtisadiyyatda qloballaşma dövrü başa çatır"

Yeni koronavirus pandemiyası üzündən şirkətlərin yarısına qədəri daxili bazarlarda başqa təchizatçılara üz tutacaq və bu da mövcud şəkildəki qloballaşmanın sonu deməkdir.

“Report” “Die Welt”ə istinadən xəbər verir ki, bunu EY konsaltinq mərkəzinin dünya boyu 2 900-dək müəssisə rəhbəri arasında keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Ən bariz nümunə kimi böyük əksəriyyəti Çində istehsal olunan tibbi maskalar göstərilir. Belə ki, bir çox siyasət və iqtisadiyyat adamları az qala bütün dünyanın həmin ölkədən asılı vəziyyətinə son qoymaq üçün müvafiq addımlar atmağın zəruriliyini bildirir.

Dünya boyu istər təbabət, istərsə də bir çox sənaye sahələrində çalışan müəssisələrin əksəriyyətinin artıq təchizat şəbəkələrini dəyişdirdiyi bildirilir. Bununla da yaxın illərdə qloballaşmadan qismən uzaqlaşma baş verəcək ki, nəticədə inflyasiya artacaq. Gələcəkdə təchizat mənbəyi məsrəflərin həcminə yox, təchizatın etibarlı və fasiləsiz olması əsas götürülərək seçiləcək.