XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 23:44

Sahib Məmmədov:"Bəzi sahibkarlar süni qiymət artımına meyl göstərir"

“İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımına və süni qıtlığın yaradılmasına qarşı ciddi tədbirlər görür”.

Bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“Məhsulların qiymətləri gündəlik monitorinq edilir. Əfsus ki, bu cür vəziyyətdə bəzi sahibkarlar süni qiymət artımına və süni qıtlığa meyl göstərir. Bu hallar dərhal araşdırılır və qarşısı alınır, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”, – deyə o, qeyd edib/Report.