Dünya Bankının (DB) yeni proqnozuna əsasən, Azərbaycanda gələn il xidmət sektoru 4,1%, 2022-ci ildə isə 5,6% artacaq.
Bankın yaydığı məlumata görə, bu il sözügedən sektor COVID-19 virusunun pandemiyasının yaratdığı vəziyyətlə bağlı cəmi 0,1% artacaq. Dünya Bankının mütəxəssislərinin fikrincə, turizm sektorunda aktivliyin azalması, virusla bağlı məhdudiyyətlər bu sahəyə zərbə vuracaq. (apa)