Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül Əziz Əl-Səud arasında telefon danışığı olub.
Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, liderlər neft hasilatının azaldılması ilə bağlı OPEK+ çərçivəsində əldə olunan razılığı dəstəkləyiblər.
Bundan başqa, Putinlə Tramp arasında ayrıca telefon danışığı olub. Rusiya və ABŞ liderləri neft bazarındakı vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bir daha OPEK+ formatında neft hasilatının azaldılması ilə bağlı razılaşmanın böyük əhəmiyyəti vurğulanıb/APA