XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Aprel 2020 - 10:55

Çinlə ABŞ arasında ticarət dövriyyəsi azalıb, Rusiya ilə isə artıb –Hesabat

Çinlə Rusiya arasında ticarət dövriyyəsi yanvar-mart aylarıda 3,4% artaraq 25,35 milyard dollar təşkil edib.

“TASS” xəbər verir ki, bu barədə Çinin Gömrük Baş İdarəsinin hesabatında bildirilib.

Məlumata görə, Çindən Rusiyaya ixracat 14,6% azalaraq 9,151 mlrd. ABŞ dolları, Rusiya mallarının Çinə ixracatı isə 17,3 faiz artaraq 16,202 mlrd. ABŞ dolları təşkil edib. Təkcə mart ayında iki ölkə arasında ticarət dövriyyəsi 8,091 mlrd. ABŞ dollarına çatıb.

Çinin Rusiyaya ixracatı 3,119 mlrd. ABŞ dolları, Rusiyadan Çinə ixracat isə 4,971 mlrd. ABŞ dolları həcmində olub.

İki ölkə arasında 2016-cı ildə ticarət dövriyyəsi 2,2% artaraq 69,52 mlrd. ABŞ dolları, 2017-ci ildə 20,8% artaraq 80,07 mlrd. ABŞ dolları, 2018-ci ildə 21,1% artaraq 107 mlrd. ABŞ dolları, 2019-cu ildə isə 3,4% artaraq 110,75 milrd. ABŞ dolları təşkil edib.

Hesabata əsasən, cari ilin son 3 ayında Çinlə ABŞ arasında ticarət dövriyyəsi 20,1% azalaraq 95,74 mlrd. ABŞ dolları təşkil edib. Çin məhsularının ABŞ-a ixracı 25,2%, yaxud 68,255 mlrd. ABŞ dolları, ABŞ-ın Çinə ixracatı isə 3,7%, yaxud 27,486 mlrd. ABŞ dolları həcmində azalıb/Report.