XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2016 - 12:29

Neft Fondu bu layihəyə700 milyon xərclədi

neft fondu

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyədək ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə 696,1 mln. dolar vəsait yönəldib. Bu barədə fonddan məlumat verilib.

“İndiyədək 1 mlrd. 116,7 mln. dollar dəyərində layihənin reallaşdırılmasına ARDNF-in büdcəsindən 696,1 mln.dollar, o cümlədən 2015-ci ilin IV rübündə  86,5 mln. dollar ayrılıb”, – deyə məlumatda qeyd olunub.

Fondun məlumatına görə, ümumilikdə 2015-ci ildə ARDNF bu layihənin reallaşmasına  287,6 mln. dolar məbləğində vəsait ayırıb.

Xəbər verildiyi kimi, 2014-cü ildə ARDNF ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin maliyyələşdirilməsinə 192,9 mln.dollar yönəldib.

Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi funksiyalarını həyata keçirmək üçün “Azerbaijan Rigs” MMC yaradılıb. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 10% iştirak payına malikdir.

2013-cü ilin iyun ayında "Caspian Drilling Company" (ARDNŞ və “Global Santa Fe” tərəfindən təsis edilib) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar. Tikinti işləri “Keppel Fels” tərəfindən həyata keçirilir. Qurğunun tikintisi 42 aya başa çatmalıdır.

Qurğu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulacaq.

1999-cu ilin dekabr ayında yaradılan Azərbaycan Dövlət Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.

“İnterfaks-Azərbaycan”