XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 10:15

Vüsal Qasımlı:"Büdcədə investisiya və cari xərclərə yenidən baxılır"

“XX əsrdə ən sərt qlobal iqtisadi böhran, ən aşağı neft qiyməti və ən miqyaslı pandemiya Azərbaycanda icmal büdcənin gəlirlərinə təsir edir”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APAEconomics”ə verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu ilin ilk rübündə dövlət  büdcəsinin mədaxili 7 811 mln. manat,  xərcləri 5 255 mln. manat olmaqla, profisit  2 556 mln. manat təşkil etsə, ilin qalan hissəsində vəziyyətin əlverişliliyi azalır: “İlk rübdə vergi və gömrük orqanları gəlir proqnozunu 312,2 mln. manat artıqlaması ilə təmin etsə də, dərinləşən qlobal resessiya və pandemiya ilə bağlı qeyri-müəyyənlik gəlirlərə mənfi təsir edir. Qlobal şoklar davam etdikcə, milli iqtisadiyyata fiskal dəstək siyasəti çərçivəsində gəlirlərə və xərclərə yenidən baxılır.

Ekspertin fikrincə, Azərbaycanda büdcə parametrlərinə yenidən baxmaqla yanaşı, həm də makroiqtisadi çərçivə dəyişir. Çünki büdcə çərçivəsinə dəyişiklik üçün fiskal çərçivəyə və buna da uyğun olaraq makroiqtisadi çərçivəyə yenidən baxmaq zərurəti yaranır. “Makro parametrlərin düzgün tərtibi büdcə göstəricilərinin proqnozlaşdırılmasını şərtləndirir. Bunun üçün Milli Hesablar Sistemində (MHS) istehsal, ilkin və təkrar bölgü və son istifadə hesabları təhlil olunmalıdır. Biz ÜDM-in xərclər üsulu əsasında yenidən qiymətləndirilməsini aparmalıyıq ki, ona müvafiq də dövlət büdcəsinin funksional təsnifatına uyğun proqnozlaşdırma edək. Funksional təsnifat öz növbəsində iqtisadi təsnifatı da ehtiva edir. ÜDM-in xərclər üsulu ilə təhlili göstərir ki, ilin qalan hissəsində ev təsərrüfatlarının və dövlət idarələrinin istehlakı, həmçinin xalis ixrac azalmağa meyilli olacaq. Digər tərəfdən aşağı qiymətlər hesabına neft sektorundan, həmçinin qeyri-neft sektorunda pandemiyanın ən çox təsir etdiyi 20 sektordan gəlirlər azalacaq”, – deyə V. Qasımlı bildirib.