XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 15:52

KTN:"Bu il 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkiləcək"

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə başlanılıb.

Strateq.az Kənd Təsərrüfatı Nazirliyinə istinadla bildirir ki, nazir İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib.

Ona məlumat verilib ki, səpin aparılan təsərrüfatda sahələr vaxtında şumlanıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib. Pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinnin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.

İ.Kərimov fermerlə söhbət edib, pambıq əkininə hazırlıq prosesi ilə maraqlanıb. Təsərrüfat sahibi bildirib ki, bu sahədə pambıq əkini tirə üsulu ilə həyata keçirilir. Sahədə lazımi aqrotexniki qaydaların yerinə yetirildiyini bildirən fermer bol məhsul əldə edəcəyinə əmin olduğunu vurğulayıb.

Nazir xatırladıb ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır: “Artıq sahələrdə intensiv səpinə start verilir. Pambıq əkini ilə bağlı 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, mineral gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb. Hazırda Biləsuvar rayonunda pambıq səpini prosesində iştirak edirik. Rayon üzrə 10 603 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Biləsuvar rayonunda pambıqçılığın gözəl ənənələri var. Təkcə ötən il Biləsuvarlı fermerlər 30 min tona yaxın pambıq yığaraq qəbul məntəqələrinə təhvil veriblər”.