XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Aprel 2020 - 19:08

Yaxın Şərq üçün itkilər ili –BVF-nin proqnozu

Yaxın Şərqdə koronavirusun yaratdığı tənəzzül, münaqişə və neft qiymətlərinin enməsinə görə zəifləyən iqtisadiyyatların çətinliklərinə yüksək borc səviyyəsi, işsizlik və büdcə kəsirləri əlavə olunacaq.

Strateq.az “AFP”-yə istinadla xəbər verir ki, bu fikir Beynəlxalq Valyuta Fondunun (BVF) aprel ayı üçün açıqladığı “Regional İqtisadi Baxış”ında əks olunub.

Qlobal kredit təşkilatının qeydinə görə, Yaxn  Şərq və Şimali Afrikanın (MENA) demək olar ki, bütün ölkələri yüzlərlə milyard dollar gəlirləri itirdikləri üçün iqtisadiyyatları kiçiləcək. “COVID-19 pandemiyası və neftin qiymətindəki eniş bölgədəki əhəmiyyətli iqtisadi qarışıqlıqlara səbəb olur və təsir uzunmüddətli ola bilər”.

Sənəddə əlavə olunur: “Böhranın dərinliyi və müddəti ətrafında ciddi qeyri-müəyyənlik olduğu halda, bu pandemiya bölgədəki işsizlik problemini, habelə onsuz da yüksək olan dövlət və xarici borc yükünü daha da ağırlaşdıracaq”.

BVF, MENA iqtisadiyyatının 2020-ci ildə 4.3 faiz artacağını proqnozlaşdırıb ki, bu, son onillikdəki ən böyük enişdir.

Virusun sarsıntıları və aşağı neft qiymətləri Ərəb dünyası iqtisadiyyatının 323 milyard dollarını və ya 12 faizini (bunun 259 milyard dolları yalnız enerji ilə əlaqəli Körfəz dövlətlərinə aiddir) gəlir axınından qoparacaq.

BVF-nin məlumatına görə, ərəb hökumətlərinin borcu bu il 15 faiz və ya 190 milyard dollar artaraq 1,46 trilyon dollara çatacaq.

Bu, neft qiymətlərindəki eniş nəzərə alınmaqla, ərəb neft ixracatçılarının və İranın illik 230 milyard dollardan çox gəliri itirməsi deməkdir.

Bölgənin maliyyə kəsirinin 2019-cu ildəki ümumi daxili məhsulun (ÜDM) 2,8 faizindən bu il ÜDM-in 10 faizinə qədər pisləşəcəyi gözlənilir.