XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Aprel 2020 - 14:37

G20 qrupu ölkələri qlobal iqtisadiyyata 7 trilyon dollar kapital inyeksiya ediblər- Razılaşma

G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd əl-Cədaan jurnalistlərə müsahibəsində bildirib ki, “Böyük iyirmilik” ölkələri koronavirus pandemiyası dövründə iş yerlərinin, biznes obyektlərinin və iqtisadiyyatların qorunub saxlanılması məqsədilə qlobal iqtisadiyyata 7 trilyon dollar kapital inyeksiya ediblər.

Azərtac xəbər verir ki, nazir G20 qrupu ölkələrinin Maliyyə nazirləri və Mərkəzi banklarının keçirdikləri virtual iclasda yoxsul ölkələrin borclarının ödənilməsini dayandırmaq barədə də razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, bu borcların “dondurulması” üçün təcili olaraq 20 milyard dollar likvid vəsait ayrılacaq.

Virtual iclasın yekunları barədə məlumat verən əl-Cədaan daha sonra qeyd edib ki, nazirlər COVID-19 pandemiyasından sonrakı dövrdə qlobal iqtisadiyyatın dərin resessiya keçirməməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıblar. O əlavə edib ki, bu məqsədlərə nail olmaq üçün qlobal neft bazarında sabitliyin yaranması olduqca mühümdür.