XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 18:48

İqtisadiyyat Nazirliyindən sahibkarlara xəbərdarlıq:"İşçilərin sayını azaltmayın"

İqtisadiyyat Nazirliyi koronavirus pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi saylarının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

Nazirlikdən Strateq.az-a verilən məlumata görə, koronavirus pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə, həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcək”.