XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

16 Aprel 2020 - 21:00

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub

Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.

Məlumata görə, Fonda indiyə qədər 112 053 268 manat ianə köçürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.