XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 11:05

ARNDF investisiya portfelində ABŞ dollarının payını 9% artırıb –Hesabat

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2019-cu il tarixinə investisiya portfelinin 66%-ni ABŞ dolları təşkil edib (2019-ci ilin yekünlarına görə, bu göstərici 56,6% təşkil edirdi – red.).

Neft Fondunun bu ilin 3 ayının yekunlarına dair hesabatına əsasən, martın 31-ə avro ARDNF-in investisiya portfelinin 22,9%-ni, funt-sterlinq 4,8%-ni, Avstraliya dolları 0,5%-ni, Türkiyə lirəsi 0,8%-ni, Rusiya rublu 0,5%-ni, Koreya vonu 0,5%-ni, Çin yuanı 1,2%-ni, Yaponiya yeni 1,5%-ni, digər valyutalar isə 1,3%-ni təşkil edib.

Məlumata əsasən, həmçinin ARDNF-in investisiya portfelinin 10,4 mln. dollarını (ekvivalent) manat təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 273,7 mln. dollarlıq hissəsini (12,8%) qızıl investisiyaları təşkil edib.