XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

17 Aprel 2020 - 19:37

Azərbaycanda qeydiyyatdan keçən fərdi sahibkarların sayı 930 minə yaxınlaşır –Statistika

SAHIBKAR.jpgBu ilin aprelin 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçən fərdi sahibkarların sayı 927,8 mini keçib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5%), Aran (20,2%), Gəncə-Qazax (13,4%) və Lənkəran (9,7%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

Fərdi sahibkarların 78,3%-ni kişilər, 21,7%-ni isə qadınlar təşkil edib. Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 26%-ni, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 29,5%-ni, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8%-ni təşkil edir.

Sahibkar qadınların 33,1%-i Bakıda, 17%-i Aran, 15,7%-i Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,4%) və Lənkəran (22,3%) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,7%) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.