XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

18 Aprel 2020 - 14:41

Azərbaycan İranla ticarət dövriyyəsini 2,6 dəfə azaldıb –Dövlət Gömrük Komitəsi

Bu ilin yanvar-mart aylarında Azərbaycan və İran İslam Respublikası arasında ümumi dəyəri 88,52 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 142,12 mln ABŞ dolları və yaxud 2,6 dəfə azdır.

Hesabat dövründə iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsi ümumi xarici ticarətin 1,29%-nə bərabər olub.

Birinci rübdə Azərbaycanın İrana ixracının dəyəri 10,12 mln ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 888,84 ABŞ dolları və yaxud 8,07% azdır.

Azərbaycanın İrandan idxalının dəyəri isə 78,4 mln ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 141,23 mln ABŞ dolları və yaxud 2,8 dəfə azdır.

Azərbaycanın İran İslam Respublikasına ixracı ümumi ixracının 0,24%-nə, İrandan idxalı isə ümumi idxalının 2,97%-nə bərabər olub.