XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Aprel 2020 - 15:01

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişindaşımalar 26% artıb –Dövlət Statistika Komitəsi

Azərbaycanda dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1499,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə daşınmış yüklərin 36,3%-ni neft yükləri təşkil edib.

Məlumata əsasən, yanvar-mart aylarında dəniz limanları tərəfindən 2 362,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 2 253,4 min tonunu və ya 95,4%-ni tranzit yüklər təşkil edib. 

“2020-ci il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,4 min ton təşkil edib”, – məlumatda qeyd edilir.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 25,6% artaraq 4,9 min nəfər olub.