XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 Aprel 2020 - 13:08

Azərbaycan bu il 1,7 mln. dollarlıq maye qaz ixrac edib –Statistika Komitəsi

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 8 875,2 ton maye qaz ixrac edib ki, bu da 2019-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 28,8% azdır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar-aprel aylarında ixrac edilən maye qazın dəyəri 1 687,9 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 27,4 azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycan 52 926,9 ton maye qaz ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 35,2% azdır. 2019-cu ildə ixrac edilən maye qazın dəyəri 12 122,1 min ABŞ dolları təşkil edib ki, bu da illik ifadədə 20,9%-lik azalma deməkdir.