XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

21 Aprel 2020 - 11:01

Rusiyalı ekspert:"Bu, neftin qiymətini bir qədər sabitləşdirməyə kömək edəcək"

“Mayın 1-dən qüvvəyə minəcək neft hasilatının azaldılması üzrə yeni “OPEC+” (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması neftin qiymətini bir qədər sabitləşdirməyə kömək edəcək”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bunu “Rystad Energy” şirkətinin analitiki Kristofer Peyc deyib.

Bazar ertəsi WTI markalı xam neft (may ayında çatdırılma şərti ilə) tarixdə ilk dəfə olaraq mənfi göstəricilərə enib, NYMEX-də bu markalı neftin qiyməti bir barel üçün mənfi 40,32 dollara çatıb. WTI markalı xam neftin may fyuçersinin enməsi ABŞ-da neftə olan tələbatın çox zəif olması və neft çənlərinin dolması ilə bağlıdır.

“Rystad Energy” şirkətin hesablamalarına görə, yaxın iki ayda neftə olan tələb tədricən bərpa ediləcək və apreldə əldə edilən “OPEC+” razılaşması bu prosesə təsir göstərəcək.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır/APA.