XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Aprel 2020 - 18:38

“Goldman Sachs”:"Neft bazarında canlanma olacaq"

“Goldman Sachs” bankı neft bazarında anbarların sürətlə dolmasının istehsalın kəskin azaldılmasına səbəb olacağını və bunun da, öz növbəsində, neft qiymətlərinin artmasına gətirib çıxaracağını proqnozlaşdırır.

Məlumata görə, volatillik yüksək qalacaq, lakin bazarda məlum səbəblərdən azalan istehsalın qiymət artımına gətirib çıxarması yaxın həftələrdə baş verəcəyi gözlənilir.

Qeyd edək ki, proqnozun sual altında olan tərəfi tələbin bərpa olunmasıdır. COVID-19 virusunun pandemiyasının yaratdığı iqtisadi şoklar nəticəsində hazırda bazarda müşahidə olunan yüksək volatillik bankın proqnozunun tez bir zamanda həyata keçməsinə mane olan əsas amildir/APA.