XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 11:13

Gürcüstanın işlənmiş avtomobil ixracı…- 62 faizi Azərbaycanın payına düşüb

2020-ci ilin yanvar-mart ayları ərzində Gürcüstanın işlənmiş avtomobil ixracı illik müqayisədə 26% artaraq 127 913,1 min dollar təşkil edib. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi avtomobillərin ümumi dəyəri 79 195,9 min dollar təşkil edib ki, bu da qonşu ölkənin ümumi ixracının 61,9%-nə bərabər olub. İşlənmiş avtomobil ixracının Gürcüstanın ümumi ixracında payı 16,4% təşkil edib.

Qeyd edək ki, yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 7 983 ədəd avtomobil ixrac edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.