XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 19:11

“Mayda qlobal gündəlik neft hasilatı 15-20 mln. barel azala bilər”- Novak

Neft bazarındakı yüksək volatillik dünyada neft anbarlarının dolu olması ilə əlaqədardır, bu vəziyyət hasilatın azaldılmasına dair “OPEC+” (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşmasının işə düşməsinə qədər davam edəcək.

APA-Economics”-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Hazırda gördüyümüz bir çox, o cümlədən fyuçers müqavilələri üzrə spekulyativ məqamlar var. Hazırda bazar qeyri-müəyyən vəziyyətdədir. Bu, ilk növbədə, dünyada neft anbarlarının dolacağı proqnozları ilə əlaqədardır”, – deyə, Novak qeyd edib.

Eyni zamanda, nazirin sözlərinə görə, dünya neft istehsalçılarının əldə etdiyi razılaşmanın işə düşməsi ilə bazarda vəziyyət yaxşılaşacaq. May ayında dünyada gündəlik neft hasilatın ümumi azalması təxminən 15-20 mln. barel ola bilər.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.