Mərkəzi ofisi Almaniyada yerləşən enerji şirkəti “RWE” İngiltərədəki törəməsi “nPower”da çalışan 2 min 500 işçisini ixtisar edəcək.
Azertag.az euronews.com-a istinadla xəbər verir ki, enerji qiymətlərində qlobal səviyyədə geriləmə ilə əlaqədar 118 illik tarixində ən böyük böhranla qarşılaşan şirkətin səhmləri son bir ildə 50 faizdən çox dəyər itirib. İngiltərədə 7 min 500 işçisi və 5 milyon 400 min müştərisi olan “RWE” bu ölkədə keçən ilin birinci yarısında 100 min, ikinci yarısında isə 200 min müştərisini itirib.
Ötən ilin yanvar ilə noyabr aylarını əhatə edən dövründə İngiltərədə 66 milyon avro zərər etdiyini açıqlayan şirkət 2017-ci ilədək bu ölkədən gəlir götürməyi nəzərdə tutmur.