XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 20:02

“Neft böhranı birjalar üçün risk yaratmır”- “JP Morgan”

Dünyanın ən böyük banklarından olan “JP Morgan”a görə, qlobal neft böhranı birjalar üçün sistematik risk yaratmır.

“JP Morgan Chase”nin strateqi John Normand bu həftə neftin qiymətindəki kəskin volatilliyin birjalara təsirinin düşünüldüyü qədər qorxulu olmadığını bildirib. O, “Light” markalı xam neftin fyuçerslərinin gözlənilməz şəkildə mənfi 37 dollara enməsinə baxmayaraq, digər aktiv siniflərinin tənəzzül dövrü ilə müqayisədə sabit qaldığını söyləyib.

Neftin qiymətinin ucuzlaşmasının sistematik şəkildə narahatlıq doğurmadığını qeyd edən J.Normandın sözlərinə görə, fond birjaları investorlarının “qara qızıl” qiymətlərini daim izləməsinə ehtiyac yoxdur.

O deyib ki, qlobal bankların hazırda davam edən aktiv alış proqramlarını enerji sektoruna çevirmələri və fiziki istehsalın azalması nəticəsində investorlar daha rahatlayacaqlar.

Xatırladaq ki, neftin qiyməti bu həftə görünməmiş dərəcədə dəyişib, “Light” nefti sıfır səviyyəsindən aşağı düşüb. Hazırda neft qiymətləri yüksəlməyə davam edir, lakin sürətlə artan qlobal tədarük səbəbindən qiymət hələdə də güclü təzyiq altındadır(azərtac).