XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

23 Aprel 2020 - 20:22

“Neft bazarında canlanma ilin ikinci yarısında başlayacaq”- OPEC Konfransının prezidenti

Qlobal neft bazarında canlanma cari ilin ikinci yarısında başlayacaq.

Bu sözləri Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab deyib.

O bildirib ki, neft istehsalının azaldılması və müxtəlif ölkələrdə yeni növ koronavirus səbəbindən bağlanan iş yerlərinin yenidən açılması nəticəsində cari ilin ikinci yarısında neft bazarında canlanma müşahidə olunacaq : “OPEC neft bazarının vəziyyətini izləmək məqsədilə məsləhətləşmələr və görüşlər keçirməkdə davam edəcək. Neftin qiymətinin aşağı düşməsi COVID-19 ilə əlaqədardır və bu vəziyyət müvəqqətidir, təhlükəli deyil”.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.

“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.