XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 11:21

COVID-19 sayəsində varlanmış Yuan –"Zoom" sahibi

Koronavirus dövründə “Zoom”la videokonfranslar şirkətin kapitalını və şöhrətini artırıb.

Strateq.az “Forbes Russia”-ya istinadla xəbər verir ki, Erik Yuanın ilk, hələ məktəbdə keçirdiyi təcrübə bir qonşusunun evinin yanması ilə başa çatıb. Amma indi “Zoom” videokonfrans xidmətinin uğuru onu milyarder edib.

Hazırda istər siyasətçilər, istərsə də biznes nəhənglərinin geniş istifadəsində olan “Zoom”, “Google” və “Microsoft” kimi güclü rəqiblərin dabanını basdalayır.

“Zoom”-un qurucusu Erik Yuanın özü belə işgüzar görüşlərə əyani qatılmır. “Sizinlə şəxsən görüşəcəyəm, amma əvvəlcə video konfrans keçirək. Bu ümumiyyətlə kifayətdir”, – deyə o, tərəfdaşlarına və müştərilərinə bildirir.

49 yaşlı milyarderin səyləri ilə şirkətin səhm qiyməti 72% bahalaşıb, bazar kapitalı hazırda 15,9 milyard dollara yüksəlib.

Yeni texnologiya nəhənginin 20% səhmlərinə sahib olan Yuanın şəxsi sərvəti 3,2 milyard dollar təşkil edir.

Şirkətin “Samsung”, “Uber”, “Walmart” və “Capital One” da daxil olmaqla, 50 min korporativ müştərisi var.