XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

24 Aprel 2020 - 15:49

Ceyhan terminalından bu il 75 mln. bareldən çox neft yola salınıb –BIL

Türkiyənin “BOTAS International Limited” (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,44 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır. Məlumata görə, indiyədək terminaldan 4 478 tanker AÇG nefti ilə yüklənilib. Bu il (aprelin 24-ə olan vəziyyətə görə) Ceyhan neft terminalından 75,17 mln. barel neft və 97 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğuldur.