XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 14:45

ARDNF “Cənub Qaz Dəhlizi”nə737 milyon ayırdı

Dövlət Neft Fondu

 

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi üçün "Cənub Qaz Dəhlizi" QSC-yə Azərbaycan Dövlət Neft Fondundan  (ARDNF) 2014-2015-ci illər ərzində ümumilikdə 736,9 mln. dollar və yaxud 732,8 mln. manat həcmində vəsait yönəldilib. Strateq.az report.az-a istinadən xəbər verir ki,​ bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, 2015-ci ildə QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Neft Fondu tərəfindən 692,8 mln. manat və yaxud 685,9 mln. dollar məbləğində vəsait İqtsiadiyyat Nazirliyinin hesabına köçürülüb və bu maddə üzrə icra büdcədə nəzərdə tutulana nisbətən (997,016 mln. manat) 69,5% təşkil edib.

"Cənub Qaz Dəhlizi" QSC-nin məlumatına əsasən, TANAP layihəsi üzrə şirkətə məxsus 30% payın "BOTAŞ"a və 12%-in BP şirkətinə satılmasından 2015-ci ilin aprel ayında əldə edilmiş 265,6 mln. dolların layihələrin maliyələşdirilməsinə yönəldilməsi, habelə bir sıra işlərin sonrakı illərə keçirilməsi səbəbindən büdcədə nəzərdə tutulan vəsaitin 304,2 mln. manatı sifariş edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il Sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.