XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 15:13

“Bloomberg”:"Cənubi Koreyada xaricilərə icarəyə verilən neft anbarları dolub"

Koronavirus pandemiyası fonunda neft məhsullarına tələbatın azalması səbəbindən Cənubi Koreyanın neft anbarlarında xarici şirkətlərə və treyderlərə icarəyə verilən sahələr tam dolub.

Bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Cənubi Koreyanın Dövlət Neft Korporasiyası (Korea National Oil Corp., KNOC) öz  anbarlarında xaricilərə 30 milyon barel həcmlik sahəni icarəyə verir. Daha 8 milyon barel dövlət nefti şirkətinin nəzarət səhm paketinə sahib olduğu “Oilhub Korea Yeosu” şirkətinin anbarlarında saxlamaq imkanı mümkündür.

Agentliyin məlumatına görə, baxmayaraq ki, bəzi icarə müqavilələrinin müddəti bu ilin ikinci yarısında başa çatsa da, Cənubi Koreya tərəfi buraxılan mənbələrdən öz məqsədləri üçün istifadə etməyi və ya yerli yanacaq istehsalçılarına verməyi planlaşdırır.

Buna səbəb, bütün dünyada karbohidrogen istehlakının azalması və aşağı neft qiymətləri fonunda neft anbarları xidmətlərinə tələbatın artması olub. Pandemiya şəraitində Cənubi Koreyanın neft emalı zavodları səlahiyyətlilərdən dövlət anbarlarına daxil olmalarını istəyiblər.

“Çin istisna olmaqla, Asiya ölkələrində, anbarların xam neftlə doldurulma səviyyəsində ciddi artım müşahidə edilir”. Bunu “Bloomberg” ə şərh edərkən sinqapurlu analitik Aleksis Berson bildirib.

Onun fikrincə, son iki həftədə Cənubi Koreyanın anbarlarında əlavə milyon barel boş sahə yaranıb. Agentlik bildirib ki, neft ehtiyatlarının oxşar sürətlə doldurulması Yaponiya, Hindistan, Sinqapurda da baş verir.

Agentlik qeyd edir ki, Cənubi Koreya neftin mümkün kommersiya saxlama anbarına görə Asiyada dördüncü yeri tutur və onun enerji infrastrukturu əksər hallarda bölgənin digər ölkələrinə çatdırılma nöqtəsi kimi çıxış edir/Report.