XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 20:56

“Biz heç kimdən heç nəyi gizlətmirik” – Mərkəzi Bank sədri

“Azərbaycan əhalisi, iş adamları hökumətin, o cümlədən Mərkəzi Bankın (AMB) artdığı addımlardan anlamalıdır ki, biz bu qeyri-adi böhranın qarşısında geri çəkilmirik”.

Bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Azərbaycanı istəməyən qüvvələr bədbin proqnozlar verirlər, arzu etdiklərini həqiqət kimi təqdim edirlər. Amma bu, onların dedikləridir, həqiqət deyil. Biz heç kimdən heç nəyi gizlətmirik. Reallıq nədirsə, onu Azərbaycan vətəndaşlarına deyirik. Vəziyyət gərgindir, mürəkkəbdir, qeyri-müəyyəndir, amma onu idarə edirik və bundan sonra da idarə etmək fikrindəyik”, – deyə baş bankir qeyd edib.