XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 Aprel 2020 - 23:17

Elman Rüstəmov:"Atabank" və "Amrah Bank"ın problemləri yeni deyil"

“Bu gün Azərbaycanın bank sektorunda köhnəlmiş, bizə miras qalmış problemlər var və həmin problemləri sektorun aktivlərinin cəmi 3-4%-ni əhatə edir, yəni sistem əhəmiyyətli problemlər deyil”.

Bunu AzTV-nin efirində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“Bildiyiniz kimi, ötən gün biz 4 banka inzibatçı təyin etdik, bu gün isə onlardan 2-nin lisenziyalarını ləğv etdik. Onlardan birində – “Atabank”da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi. Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Digər bank isə “Amrah Bank”dır. Təbii ki, bu bankların problemləri bu gün yaranmayıb, yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və AMB-yə müəyyən tövsiyyələr verildi, həmin tövsiyyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər”, – deyə o, qeyd edib/Report.