XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 May 2020 - 09:11

“Brent” markalı neft bahalaşıb –Qiymət

“Brent” markalı neftin iyul füçerslərinin qiyməti 4,15% artaraq hər bareli üçün 27,58 dollara təklif olunub.

Bu barədə Londonun ICE birjasının Bakı vaxtı ilə saat 04:15-ə olan ticarət dövriyyəsində əks olunub. Bundan 11 dəqiqə sonra isə qiymət hər barel üçün 27,32 dollara düşüb.

ABŞ-ın “Texas light” nefti isə 6,16% artımla hər bareli üçün 20 dollara satışa çıxarılıb.