XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 11:05

Türkiyə Azərbaycan qazının idxalını 21% artırıb –EPDK

Bu ilin yanvar-fevral aylarında Türkiyə Azərbaycandan 1 804,96 kubmetrdən çox qaz idxal edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 21% çoxdur.

Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutur.

Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) verdiyi məlumata görə, Türkiyə 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan 1 491,59 mln. kubmetr qaz idxal edib.

Məlumata əsasən, Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutur. Bu ilin yanvar-fevralında bu ölkədən Türkiyəyə təxminən 3 322,14 mln. kubmetr “mavi yanacaq” ixrac olunub. Üçüncü yerdə qərarlaşan İran isə hesabat dövründə Türkiyəyə 1 471,4 mln. kubmetr qaz nəql edib.

Bu ilin yanvar-fevral aylarında Türkiyənin qaz idxalı 11 250,18 mln. kubmetr təşkil edib, məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 9,58 mlrd. kubmetrdən artıq qaz idxal edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 27,2% çoxdur. (apa)