XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 13:25

AMB uçot dərəcəsini sabit saxlayıb –Elman Rüstəmov

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 9%-dən 8%-ə endirilib, aşağı həddi isə 6,75% saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə iyunun 19-da baxacaq.

***

E.Rüstəmov bildirib ki, faiz dəhlizinin yuxarı həddinin 1% aşağı salınması iqtisadiyyata ucuz kredit verilməsinə şərait yaradacaq.

“Bu qərarın verilməsinə əsas səbəb kornavirus pandemiyası və iqtisadi dalğalanmalardır”, – deyə o, qeyd edib.