XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 15:43

“Ümid” yatağında yeni quyunun qazılmasına start verildi –FOTO

Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı Ümid-1 platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verilib.

SOCAR-dan Strateq.az-a verilən məlumata görə, şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilib.

Qeyd edillib ki, “Ümid” yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq.

Məlumata əsasən, yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 mln. kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilib.

SOCAR prezidentinin iştirakı ilə Ümid-1 platformasında yeni hasilat quyusunun qazılmasına start verilmişdir. Quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 mln. kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 mln.kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnistutu tərəfindən aparılmış, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılmışdır. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılmışdır. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcək.