XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 16:36

Nazirlik:"Neft qiymətlərinin kəskin artımını gözləməyə dəyməz"

Dünya anbarlarda saxlanılan əmtəəlik neft ehtiyatlarının azalması bu ilin üçüncü rübündə də baş verə bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika nazirinin müavini Pavel Sorokin deyib.

Bununla yanaşı, P. Sorokin onu da qeyd edib ki, bu səbəbdən (əmtəəlik neft ehtiyatlarının azalması – red.) neft qiymətlərinin kəskin artımını gözləməyə dəyməz.

Onun sözlərinə görə, bazarda cüzi bir defisitin yaranmasından anbarlardan neftin götürülməsinə başlanılacaq: “Lakin bu, o demək deyil ki, qiymət yaxın vaxtda kəskin artacaq”.