XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 22:11

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi azalıb- Rəqəmlər

2020-ci ilin martında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 167,716 milyon dollar təşkil edib ki, bu da ötən ilin martı ilə müqayisədə 4,316 milyon dollar azdır.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin martında Türkiyədən Azərbaycana ixrac 133,154 milyon dollar, Azərbaycandan idxal isə 34,562 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-mart aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 54,459 milyon dollar artaraq 482,735 milyon dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 378,014 milyon dollar, Azərbaycandan idxal isə 104,721 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin martında Türkiyənin xarici ticarət dövriyyəsi 32,235 milyard dollar təşkil edib.

Türkiyənin ixracı 2019-cu ilin martı ilə müqayisədə 17,8 faiz azalaraq 13,422 milyard dollar, idxalı 3,1 faiz artaraq 18,813 milyard dollara bərabər olub.

2020-ci ilin yanvar-mart aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 98,404 milyard dollar təşkil edib.

Türkiyənin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 42,749 milyard dollar, idxalı 10,3 faiz artaraq 55,655 milyard dollara bərabər olub.