XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 10:15

“Azercell”dən yeni kampaniya- iPhone 6s sahibi ola bilərsiz

14575764765098954650_1000x669

“Azercell Telekom” Novruz bayramı ərəfəsində öz abunəçiləri üçün yeni kampaniyaya başlayıb.

Fiziki statusa malik bütün fakturalı xətt abunəçiləri xüsusi “Bahar” kampaniyasından yararlana biləcəklər. Kampaniya çərçivəsində bütün mövcud və “Azercell” şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri, “Azercell” diler şəbəkələrindən və “Azercell Ekspress” ofislərindən güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet” tariflərinə qoşulub iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) əldə edə bilərlər. Abunəçi kampaniya çərçivəsində iPhone 6s (16 GB) və iPhone 6s (64 GB) telefonları əldə etdikdə 12/24 faktura dövrü ərzində müvafiq olaraq aylıq abunə haqqı ödəyəcək.

Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və “Hədsiz İnternet” tarif paketləri növbəti gündən aktivləşdirilir. “Hədsiz Zəng” tarif paketinə qoşulan abunəçilərə bu kampaniyaya qoşulma müqabilində ilk 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi müştəri tərəfindən sifariş etdikdə 2 dəfə pulsuz təqdim olunacaq. Bu tariflərə qoşulmaqla abunəçilər paket daxilində xüsusi bonus və endirimlər alırlar. Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir mobil telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən AZEX/MX ofislərinə müraciət edə bilərlər.

“Azercell” bu bahar 4,5 milyonluq abunəçi ailəsini yeni kampaniyalar və xidmətlərlə sevindirməkdə davam edəcək.

Maraqlananlar kampaniya barədə ətraflı məlumatı [email protected] ünvanından əldə edə bilərlər.